Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.
"KamaAZ" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub. Hadisə zamanı VAZ-ın sürücüsü, Kürdəmir rayon Məhərrəmli kənd sakini, 1994-cü il təvəllüdlü Tağıyev Rusif Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.