Kürdəmirdə yol qəzası olub, qadın sərnişin xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası olub, qadın sərnişin xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub.
Hadisə
22 Noyabr , 2019 15:13
Kürdəmirdə yol qəzası olub, qadın sərnişin xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Heydərov Elxan Ağəli oğlunun iadər etdiyi  "VAZ-21015" markalı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan 1986-cı il təvəllüdlü Alıyev Eldar Niyazı oğlunun idarə etdiyi "VAZ-21010" markalı maşınla toqquşub.

Nəticədə "015" markalı avtomobilinin sürcüsü və avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Bayramova Ramilə Nəriman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı sərnişin Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


*** 14:35

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi