Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var - FOTO - VİDEO

Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var - FOTO - VİDEO Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Dekabr , 2019 13:21
Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var - FOTO - VİDEO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - Kürdəmir rayon, Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Xasanov Aslan Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər ağır bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bunlar rayon sakinləri, 1984-cü il təvəllüdlü, Carlı kənd sakini Kərimova Aygün Əlhüseyn qızı və Xəlsə kənd sakini, 1938-ci il təvəllüdlü Rəhimov İsgəndər Həbiş öğludur.

Digər yaralı isə 2006-cı il təvəllüdlü Kərimov Rəhman Rəşad öğludur.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi