Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Hadisə
- 15 avqust, 2024
- 20:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına çıxan iri buynuzlu heyvana çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 2001-ci il təvəllüdlü rayon sakini Həsənov Həsən Elnur oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər yaralının vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:55
BTQ: OMTC-nin hesabatı Fransada insan hüquqlarının müdafiəsində sistemli problemləri üzə çıxarıb
Xarici siyasət
16:54
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
ASK
16:53
Foto
ADY-də qanvermə aksiyası keçirilib
İnfrastruktur
16:52
Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
Xarici siyasət
16:50
"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:49
ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu aşağı salıb
Maliyyə
16:46
Foto
Bakıda paralimpiya komitələrinin nümayəndələri ilə əməkdaşlıq müzakirə olunub
Fərdi
16:45
"ING Group" Azərbaycan iqtisadiyyatının 2029-cu ilədək perspektivlərini qiymətləndirib
Maliyyə
16:36
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
Futbol