Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
2 İyul , 2021 08:26
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil həmin yoldan keçən iri buynuzlu heyvanı vurub. Bu zaman avtomobildə olan sərnişin, Şəki rayon sakini 82 yaşlı İdrisov Nurməmməd Həsən oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi