Kürdəmirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Kürdəmir. 9 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən yol qəzası zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
9 İyul , 2018 09:54
Kürdəmirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Kürdəmir. 9 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən yol qəzası zamanı xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, bunlar rayon sakini, 1988-ci il təvəllüdlü Xalıqov Əlmusa Ələsgər oğlu və rayonun Sığırlı kənd sakini, 1946-cı il təvəllüdlü Əhmədov Ağayarbəy Əlibəy oğludur.

Faktla bağlı araşdırma aparılır.


*** 09:10

Kürdəmir. 9 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi