Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Hadisə
149
4 Noyabr , 2019 19:11
Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar "Mercedes"in sürücüsü, Kürdəmir rayonunun Axtaçı kənd sakini, 1981-ci il təvəllüdlü İslamov Elşən İslam oğlu, həmin kəndin digər sakini, 1981-ci il təvəllüdlü İslamova Türkanə Sahvələd qızı və Mollakənd kənd sakini, 1965-ci il təvəllüdlü Soltanova Zeynəb Nəriman qızıdır.


*** 18:24

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi