Kürdəmirdə yanğın hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki,hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Vüqar Verdiyevə məxsus ümumi sahəsi 100 kvm olan tövlə və tövlədə yığılmış ot bağlamaları yanıb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
