Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb

Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb Kürdəmir. 24 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə
24 İyun , 2018 20:12
Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb

Kürdəmir. 24 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi