Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda traktor aşıb.
Hadisə
8 May , 2019 10:18
Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Kürdəmir rayonunda traktor aşıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor dönmə əməliyyatı edən zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü - Zərdab rayon sakini, 1962-ci il təvəllüdlü Əhəd Qədir oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi