Kürdəmirdə sürücü ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə sürücü ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
28 Dekabr , 2019 12:38
Kürdəmirdə sürücü ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 05:43

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 185-ci kilometrliyində, rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1977-ci il təvəllüdlü Astara rayon sakini Bayramov İlham Nail oğlu "Mercedes" markalı iritutumlu yük avtomobilini yolun kənarında saxlayaraq təkərini təmir etmək istəyib. Bu zaman maşına quraşdırdığı qaldırıcı kran açılıb və sürücü avtomobilin altında qalaraq ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi