Kürdəmirdə stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb - YENİLƏNİB

Kürdəmirdə stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb - YENİLƏNİB Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb.
Hadisə
10 Sentyabr , 2019 15:08
Kürdəmirdə stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb - YENİLƏNİB

Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb.

“Report”un yerli bürosunun xəbərinə görə, qapalı kəllə-beyin travması alan İ.Eminovun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 13:49

Kürdəmir rayonunda 3 yaşlı körpə stolun üstündən yıxılaraq ağır xəsarət alıb. 

"Report"un yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, evdə nəzarətsiz qalan 2016-cı il təvəllüdlü İlham Eminov stolun üstünə çıxıb. Sonradan müvazinətini itirən 3 yaşlı uşaq başı üstə yerə yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı uşaq ərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi