Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.






