Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb

Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.
Hadisə
287
5 Dekabr , 2021 19:35
Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.

Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi