Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, "QAZ-31" markalı minik avtomobili "Toyota Prado" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.




