Kürdəmirdə polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

Kürdəmirdə polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib Kürdəmir. 18 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib. 
Hadisə
18 Noyabr , 2017 13:41
Kürdəmirdə polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

Kürdəmir. 18 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib. 

Bu barədə "Report"un Şirvan bürosuna DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Ötən gün axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi