Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub Kürdəmir. 7 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
7 Dekabr , 2018 11:23
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub
Report
0 : 00
0 : 00

Kürdəmir. 7 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili "Qazel" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi