Video əlavə olunub
*** 19:46
Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusda olanlardan Kürdəmir rayonunun Şilyan kənd sakinləri - 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.





