Kürdəmirdə mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
24 Oktyabr , 2019 16:33
Kürdəmirdə mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Ağdam rayon sakini Ramil Akif oğlu Rüstəmov idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini Dağlar Heydər oğlu Məcidovun idarə etdiyi "Chevrolet" markalı avtomobilə arxadan çarpılıb.

Nəticədə "Chevrolet"in sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


*** 14:29

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 198-ci kilometrliyində, rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi