Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb

Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb Kürdəmir. 23 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 İyun , 2018 07:58
Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb
Report

Kürdəmir. 23 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi 10-RH-107 dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1996-cı il təvəllüdlü Səfərova Gülnar Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aysu Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi