Kürdəmirdə mağazadan 3000 manatlıq oğurluq edilib - VİDEO

Kürdəmirdə mağazadan 3000 manatlıq oğurluq edilib - VİDEO Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2019 12:49
Kürdəmirdə mağazadan 3000 manatlıq oğurluq edilib - VİDEO

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, sentyabrın 2-də Kürdəmir rayonunun Mürtülü kənd sakini Təbriz Abışov Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlığının və geyim əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi