Kürdəmirdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb - FOTO - VİDEO

Kürdəmirdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb - FOTO - VİDEO Kürdəmir rayon sakinindən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar olunub.
Hadisə
12 Oktyabr , 2019 21:01
Kürdəmirdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb - FOTO - VİDEO
Foto: "Report"

Kürdəmir rayon sakinindən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş əməliyyat məlumatı əsasında, şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü İbişov Nicat İsmayıl oğlunun yaşadığı evə baxış keçrilib. Evə baxış zamanı N.İbişovun yaşadığı evin yataq otağından sellofan torbada, 1 bükümdə həşiş qətranı, 4 bükümdə heroin, 30 bükümdə marixuana və xeyli sayda psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

N.İbişov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanaraq araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi