Kürdəmirdə kartofla dolu yük maşını aşıb, sürücü ölüb - FOTO

Kürdəmirdə kartofla dolu yük maşını aşıb, sürücü ölüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 İyun , 2016 19:08
Kürdəmirdə kartofla dolu yük maşını aşıb, sürücü ölüb - FOTO

Kürdəmir. 10 iyun. REPORT.AZ/ Kürdəmirdə yol qəzası baş verib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 169-cu kilometrliyində, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində baş verib. 

Belə ki, 49 yaşlı Gədəbəy rayon sakini Şahvələd İbrahimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bakıdan Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə kartofla dolu yük avtomobili yolun kənarına aşıb, kartof dağılıb. Qəzada ağır bədən xəsarətləri alan sürücü elə hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi