Kürdəmirdə karantin qaydasını pozaraq mərasim təşkil edən sakin cərimələndi

Kürdəmirdə karantin qaydasını pozaraq mərasim təşkil edən sakin cərimələndi Kürdəmirdə atasına yas mərasimi təşkil edən rayon sakini saxlanılıb
Hadisə
13 Aprel , 2021 06:29
Kürdəmirdə karantin qaydasını pozaraq mərasim təşkil edən sakin cərimələndi

Kürdəmirdə atasına yas mərasimi təşkil edən rayon sakini saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırdapay kənd sakini Süleymanov Famil Əlibaba oğlunun atasına yas mərasimi təşkil etdiyi məlum olub. Famil Süleymanov saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı toplanmış məlumata hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Son xəbərlər

Orphus sistemi