Kürdəmirdə 54 yaşlı şəxsin intihara cəhdinin qarşısı alınıb

Kürdəmirdə 54 yaşlı şəxsin intihara cəhdinin qarşısı alınıb Kürdəmir rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə
14 Aprel , 2019 13:15
Kürdəmirdə 54 yaşlı şəxsin intihara cəhdinin qarşısı alınıb

Kürdəmir rayonunda intihara cəhd hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, yerli sakin, 1965-ci il təvəllüdlü Nəsirov Qabil Murad oğlu elektrik dirəyinə çıxaraq intihar etmək istəyib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi