Kürdəmirdə iki yük maşını toqquşub, sürücülərdən birini naməlum avtomobil vurub

Kürdəmirdə iki yük maşını toqquşub, sürücülərdən birini naməlum avtomobil vurub Kürdəmir. 4 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
4 İyul , 2018 12:13
Kürdəmirdə iki yük maşını toqquşub, sürücülərdən birini naməlum avtomobil vurub
Report
0 : 00
0 : 00

Kürdəmir. 4 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 09-RH-449 və 20-AB-035 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük avtomobilləri toqquşub. Nəticədə ilk maşının sürücüsü, 1960-cı il təvəllüdlü, Bərdə rayonunun Həsənqaya kənd sakini Rasim Cəmil oğlu Qasımov "KamAZ"dan yerə düşdükdən sonra naməlum avtomobil tərəfindən vurulub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi