Kürdəmirdə iki uşaq anası dərmandan zəhərlənib

Kürdəmirdə iki uşaq anası dərmandan zəhərlənib Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib.
Hadisə
12 Sentyabr , 2020 01:00
Kürdəmirdə iki uşaq anası dərmandan zəhərlənib
Courtesy İmage

Kürdəmir rayonunda zəhərlənmə hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun İsmət Qayıbov küçəsində qeydə alınıb.

Beləki, 33 yaşlı rayon sakini Əliyeva Aynur Cümşüd qızı evdə olarkən çoxlu sayda dərman qəbul edib və zəhərlənib. Yaxınları onu dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstəriblər.

Hadisənin hansı səbəbdən baş verməsi Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi