Kürdəmirdə iki avtomobil toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə iki avtomobil toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
20 Noyabr , 2019 21:45
Kürdəmirdə iki avtomobil toqquşub, ölən var - FOTO - VİDEO -  YENİLƏNİB
Report

Video əlavə olunub


*** 20:32

Kürdəmir rayonunda baş verən ağır-yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Yaşar Pirəli oğlunun idarə etdiyi "Shachman" markalı yük maşını İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Abbasov Vasif Elman oğlunun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Onun avtomobildə sıxılıb qalmış meyiti çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdirilib. 


*** 20:02

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shachman" markalı yük maşını "Lada-Priora" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb. Onunşəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi