Kürdəmir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.
“Mercedes” markalı avtomobil həmin yolda əks istiqamətdə hərəkət edən “Hyundai” markalı nəqliyyat vasitəsilə toqquşub.
Nəticədə iki nəfər xəsarət alıb. Fakt araşdırılır.






