Kürdəmirdə idarəetmədən çıxan mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var

Kürdəmirdə idarəetmədən çıxan mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var Kürdəmirdə idarəetmədən çıxan mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.
Hadisə
10 İyul , 2024 19:03
Kürdəmirdə idarəetmədən çıxan mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var

Kürdəmirdə idarəetmədən çıxan mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobusun sürücüsü, Gəncə sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı sürücü və onun sərnişini, 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi