Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı

Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.
Hadisə
4 May , 2020 14:42
Kürdəmirdə həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı
0 : 00
0 : 00

Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi