Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO

Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO Respublika ərazisinə aramsız yağan leysan yağışlar Kürdəmir rayonunda da fəsadlar törədib.
Hadisə
30 İyun , 2019 23:21
Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO

Respublika ərazisinə aramsız yağan leysan yağışlar Kürdəmir rayonunda da fəsadlar törədib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bir müddət davam edən güclü yağışdan sonra rayonun Bakı prospekti, Şəhriyar, Xanlar küçələrində avtomobillərin və piyadaların gediş-gəlişində xeyli çıtinlik yaranıb.

Şəhər icra nümayəndəliyinin texnika və canlı qüvvəsi həmin küçələrdən suyun çəkilməsi istiqamətində iş aparır.

Son xəbərlər

Orphus sistemi