Kürdəmirdə güclü yağış fəsadlar törədib - FOTO

Kürdəmirdə güclü yağış fəsadlar törədib - FOTO Həyətlərə yığılan suyun hündürlüyü 15 santimetrə qədər qalxıb
Hadisə
10 Aprel , 2017 14:01
Kürdəmirdə güclü yağış fəsadlar törədib - FOTO
Report.az

Kürdəmir. 10 aprel. REPORT.AZ/ Kürdəmir rayonunda güclü yaşış fəsadlar törədib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, yağış və sel suları küçə və həyətləri su altında qoyub. Ötən gün axşam saatlarından başlayan yağış bu gün səhər saatlarına qədər davam edib. Yağan güclü yağışdan sonra bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və küçələri su basıb. Aramsız yağışlar nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı prospekti, Məhəmməd Hadi və Azərbaycan küçələrində gölməçələr əmələ gətirib. Rayon mərkəzində sel suları yolları keçilməz hala salıb. Həyətlərə yığılan suyun hündürlüyü 15 santimetrə qədər qalxıb. 

Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri yağış suları dolan yerlərdə və həyətlərdə olublar. 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzov “Report”a bildirib ki, su altında qalan küçələrə su nasosları və texnika cəlb olunub.

Hazırda komissiya küçələrə baxış keçirir. Günün sonuna qədər həmin küçələrdə hərəkət tamamilə bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi