Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Fariz İbrahimova məxsus 2 otaqlı 42 kv metrlik evin divarı yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və 12 nəfər şəxsi heyət cəlb olunub. Yanğının otaqlara keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.