Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Böyük Kəngərli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Abbasov Azad Cabbar oğluna məxsus, ümumi sahəsi 112 kvadratmetr olan üç otaq, bir mətbəx və eyvandan ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğının evin yaxınlığındakı yarımtikiliyə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

