Kürdəmirdə fərdi yaşayış evi yanıb

Hadisə
  • 09 aprel, 2025
  • 11:24
Kürdəmirdə fərdi yaşayış evi yanıb

Kürdəmir rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Belə ki, yanğın kənd sakini Məmmədov Yaqub Möhübbət oğluna məxsus hündürkürsülü evdə baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib. 

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan birmərtəbəli  5 otaqdan ibarət evin yanar konstruksiyaları 65 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ev sahibinin sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib və hadisə zamanı ona ümumilikdə 60 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti