Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 12 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.
Kənd sakini Vilayət Bəhrəm oğlu Zeynalova məxsus ikimərtəbəli 4 otaq və mətbəxdən ibarət ev anidən alışıb.
Hadisə yerinə FHN-in 2 maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.
Ümumi sahəsi 200 m² olan evin bir hissəsi yanaraq külə dönüb. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.










