Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB

Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB Kürdəmir rayonunda hündürlükdən yıxılaraq ölən fəhlənin şəxsiyyəti məlum olub.
Hadisə
30 İyul , 2019 16:32
Kürdəmirdə fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB

Kürdəmir rayonunda hündürlükdən yıxılaraq ölən fəhlənin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Atakişilli kənd sakini, 24 yaşlı Həmidov Səməd Əhəd oğlu işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. 

Ağır bədən xəsarətləri alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. 

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 14:46

Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmirdə məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan hündürlükdən yıxılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi