Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf olub

Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf olub Baytarlıq İdarəsi: "Tələf olan quşlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib"
Hadisə
14 Aprel , 2017 15:33
Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf olub

Kürdəmir. 14 aprel. REPORT.AZ/ Kürdəmir rayonunda ev quşları verilən dərmandan zəhərlənib, 2 min quş tələf olub.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Sığırlı kənd sakini Mahir Həsənov təsərrüfatında bəslədiyi ev quşlarının müalicəsi üçün rayon ərazisində yerləşən baytarlıq apteklərin birinə müraciət edib.

O, aptekdən aldığı dərmanı təsərrüfatında olan ev quşlarına verib. Üzərindən bir neçə saat keçəndən sonra təsərrüfatda bəslədiyi 2 min quş kütləvi şəkildə tələf olub. Dərhal təsərrüfat sahibi M.Həsənov rayon Baytarlıq İdarəsinə müraciət edib.

Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov "Report"a bildirib ki, hadisə ilə bağlı təsərrüfata baxış keçirilib, tələf olan quşlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Son xəbərlər

Orphus sistemi