Kürdəmirdə balıq tutmaq üçün su kanalına elektrik buraxan şəxsi cərəyan vurub

Kürdəmirdə balıq tutmaq üçün su kanalına elektrik buraxan şəxsi cərəyan vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
4 İyun , 2018 19:11
Kürdəmirdə balıq tutmaq üçün su kanalına elektrik buraxan şəxsi cərəyan vurub

Kürdəmir. 4 iyun. REPORT.AZ/ Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi