Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var
Hadisə
24 Sentyabr , 2022 14:19
Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri - 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi