Yuxarı

Kürdəmirdə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb

Qəza zamanı 3 nəfər xəsarət alıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. "Report"un məlumatına görə, hadisə bu gün saat 13 radələrində Kürdəmir və İmişli rayonlarının sərhədində yerləşən Kür körpüsünün yaxınlığında qeydə alınıb.

Belə ki, Qorxmaz Musayev sükan arxasında olduğu "Vaz 2107" markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq kənardakı dərəyə yuvarlanb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi