Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - FOTO

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - FOTO Kürdəmirdə avtomobil qəzası baş verib.
Hadisə
20 Oktyabr , 2019 12:06
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - FOTO
Foto: "Report"

Kürdəmirdə avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Ucar sakini, 1992-ci il təvəllüdlü Həsənov Rasim Bəhram oğlu Kürdəmir istiqamətində "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi