Kürdəmirdə avtomobil traktorla toqquşub, bir nəfər yaralanıb - YENİLƏNİB

Kürdəmirdə avtomobil traktorla toqquşub, bir nəfər yaralanıb - YENİLƏNİB Kürdəmir rayonunda&yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 İyul , 2020 11:40
Kürdəmirdə avtomobil traktorla toqquşub, bir nəfər yaralanıb - YENİLƏNİB

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlunun idarə etdiyi VAZ 21 012 markalı avtomobil əks istiqamətdə hərəkətdə olan, 23 yaşlı Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi