Kürdəmirdə yol qəzasında yaralanan çoban xəstəxanada ölüb – YENİLƏNİB

Kürdəmirdə yol qəzasında yaralanan çoban xəstəxanada ölüb – YENİLƏNİB Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.
Hadisə
1 İyul , 2024 10:40
Kürdəmirdə yol qəzasında yaralanan çoban xəstəxanada ölüb – YENİLƏNİB

Kürdəmirdə iyunun 30-da baş verən Kürdəmirdə yol qəzasında yaralanan çoban xəstəxanada ölüb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, yol qəzasında da ağır bədən xəsarəti alan çoban, 1972-ci il təvəllüdlü Şamil Qəni oğlu Quliyev həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

22:37

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuzlu heyvan tələf olub.

Hadisə zamanı həmçinin çoban, 1972-ci il təvəllüdlü Quliyev Şamil Qəni oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi