Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Hadisə
7 Avqust , 2020 22:40
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlu xəstəxanada vəfat edib. 

Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Bağırov Nicat Münasib oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlunu vurub. Hadisə zamanı avtomobil yol kənarındakı kanala düşüb. Ağır xəsarət alan F.İbrahimov isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zərərkəçmişin yaxınlarının "Report"a verdiyi məlumata görə, avtomobil F.İbrahimovu yolun piyadalar üçün olan hərəkət hissəsində vurub.

22:04

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2109” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlunu vurub. Hadisə zamanı avtomobil yol kənarındakı kanala düşüb. Ağır xəsarət alan F.İbrahimov isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi