Kürdəmirdə avtomobil piyadanı vurub

Kürdəmirdə avtomobil piyadanı vurub Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Noyabr , 2019 22:20
Kürdəmirdə avtomobil piyadanı vurub

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1958-ci il təvəllüdlü İmamalıyev Qasım İmamalı oğlu yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Yaralı ətrafdakı imsanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi