Kürdəmirdə avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Kürdəmirdə avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO Kürdəmir. 27 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
27 Dekabr , 2018 12:20
Kürdəmirdə avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Kürdəmir. 27 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin "Dörd yol" adlanan hissəsində qeydə alınıb. 

Belə ki, Kürdəmir rayonunun Çöhranlı kənd sakini, 1988-ci il təvəllüdlü Asim Əzizalı oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi