Kürdəmirdə avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Kürdəmirdə avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
191
12 Avqust , 2021 18:08
Kürdəmirdə avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb
0 : 00
0 : 00

Kürdəmir rayonunda yol qəzası baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü Hüseynov Eldəniz Ramiz oğlu dönmə əməliyyatı edərkən onunla eyni istiqamətdə hərəkət edən rayon sakini Əhmədov Nicat Rafiq oğlunun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Hyundai” körpüdən aşağı düşüb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi