Kürdəmir rayonunda iribuynuzlu heyvan avtomobil tərəfindən vurulub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Agsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Muradxan kənd sakini, 1953-cü il təvəllüdlü Cüməli Məhəmmədəli oğlu Quliyev "Niva" markalı avtomaşınla rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan inəyə çırpılıb. Nəticədə Cüməli Quliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.



